“Skyborg” proqramında yenilik| X-62A VISTA sınaq təyyarəsi SZ ilə 17 saat uçub

2023/02/6666-1676552455.jpg
Oxunub: 1973     16:57     16 Fevral 2023    
“Lockheed Martin” “Skyborg” proqramı çərçivəsində həyata keçirilən X-62A VISTA (Variable In-Flight Simulation Test Aircraft) təyyarəsinin Süni Zəka tərəfindən 17 saat uçurulduğunu açıqlayıb. ABŞ Hərbi Hava Qüvvələrində sınaq və araşdırma üçün yaradılan AFRL tərəfindən həyata keçirilən “Skyborg” proqramı HHQ-də istifadə olunacaq avtonom texnologiyaların inkişafını əhatə edir.

O, F-16D üzərində dayanıqlıq testləri üçün hazırlanmış təkan yönləndirmə sistemləri və struktur dəyişiklikləri olan bir F-16 törəməsidir. Əvvəlcə NF-16D adlandırılan təyyarə, 2021-ci ildə “Skyborg” proqramına qoşulduqdan sonra X-62A adlandırılıb.


“Skyborg” proqramı çərçivəsində ABŞ Müdafiə Nazirliyi ilə “Kratos Unmanned Systems” arasında imzalanan müqaviləyə əsasən, sensor və silah sistemlərinə malik 2 XQ-58A PUA alınacağı açıqlanıb. Bu çərçivədə, müqaviləyə görə, 2 PUA-nın ümumi dəyəri təxminən 15 milyon 515 min 343 dollardır. PUA-ların 2023-cü ilin sentyabrına qədər təhvil verilməsi nəzərdə tutulur.


“Kratos” XQ-58A PUA-nın yeni sınaqları Eglin Hərbi Hava Qüvvələri bazasında 40-cı Uçuş Sınaq Eskadriliyası tərəfindən həyata keçirilir. Eskadriliya daxilində yaradılmış Avtonom Təyyarə Təcrübə komandası gələcək inkişaf və uçuş sınaqları üçün XQ-58 və “Eglin” seriyalarından istifadə edəcək.

“Skyborg”

2019-cu ildə ABŞ Hərbi Hava Qüvvələri tərəfindən başlatılan və AFRL (Air Force Research Lab) tərəfindən həyata keçirilən 3 “Vanguard” layihəsindən biri olan “Skyborg”, aşağı xərclərlə hava elementlərinin döyüş effektivliyini, situasiya şüurunu və qərar vermə qabiliyyətini artıracaq avtonom sistemlər təmin etməyi hədəfləyir. Proqram insanı qərar qəbul etmə mövzusunda rəhbər tutur, sonuncuları əvəz etmək deyil, onları dəstəkləməyə əsaslanır.


“Skyborg” pilotlu təyyarələrin səmərəliliyini və sağ qalma qabiliyyətini artırmaqla yanaşı, ABŞ-a avtonomluq və insan-maşın əməkdaşlığı sahəsində yeni təcrübələr təqdim edəcək. Layihə çərçivəsində hazırlanan əsas sistemlərin gələcəkdə digər platformalarda da istifadə olunacağı gözlənilir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Skyborg   VISTA  


Bizi "telegram"da izləyin